Neftçalada ev yanıb, xəsarət alan var

Neftçalada ev yanıb, xəsarət alan var
  28 Mart 2017    Oxunub:1403
Neftçala rayonunun Astanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kvadratmetr olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 05:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın   Neftçala  



Xəbər lenti