Gömrükdə külli miqdarda dərman ələ keçirilib
Həmin şəxsin ayrı-ayrı sərnişinlərdən təhvil aldığı üç ədəd çantanın içərisindəki malların yoxlanılması zamanı, oradan "Devit-3 İ.M/Oral AMPUL", "Transamine %5 a/h İ.M./İ.V. Enjeksiyonluk Çözelti Traneksamik Asit 10 AMPUL", "Transamine %10 a/h İ.M./İ.V. Enjeksiyonluk Çözelti Traneksamik Asit 10 AMPUL" və "Proluton Deport 500mg/2ml" adlı cəmi 422 ədəd dərman vasitəsi aşkar olunub.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin arayışına əsasən adı çəkilən dərman vasitələri dövlət reyestrində qeydiyyatdan keçməsi mütləq olan dərman vasitələrinin siyahısına daxildir, lakin onların heç biri dövlət qeydiyyatından keçməyib.
Xatırladaq ki, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər xeyli miqdarda törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1-ci maddəsinə əsasən müvafiq məsuliyyətə səbəb olur.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az
Teqlər: DövlətGömrükKomitəsi







Vaxtında, Aydın, Lazımlı!


