Bakıda 3 otaqlı ev yanıb
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


