Paytaxtda yaşayış binasında yanğın olub
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 36 m² olan 2 otaqlı mənzilin mətbəxində məişət əşyası yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


