5 yaşlı qız çayda batıb

5 yaşlı qız çayda batıb
  30 Mart 2017    Oxunub:1530
Çayda batdığı ehtimal edilən 5 yaşlı uşağın axtarışı başlanıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay şəhərində çayda batdığı ehtimal olunan 2012-ci il təvəllüdlü Kazımova Xədicə Azər qızının batması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlanılıb.

AzVision.az


Teqlər: FHN   Çay   Göyçay  



Xəbər lenti