Yasamalda ikimərtəbəli ev yanıb
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 50 m2 olan ikimərtəbəli 2 otaqlı evin 2-ci mərtəbəsində vanna otağı 5 kvadratmetr sahədə, dəhlizin qapı-pəncərəsi və döşəməsi 10 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az