Kürdə batan şəxsin meyiti tapılıb
![Kürdə batan şəxsin meyiti tapılıb Kürdə batan şəxsin meyiti tapılıb](https://azvision.az/photos/6d5be22402056bac960911219b7f4f5a_1491059868.jpg)
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 27-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı məntəqədən 25 km aralıda, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal nazirliyin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.
Bu gün 1976-cı il təvəllüdlü Əsədov İsmayil Şərif oğlunun cəsədi batdığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
AzVision.az