Sabirabadda 4 otaqlı ev yanıb
![Sabirabadda 4 otaqlı ev yanıb Sabirabadda 4 otaqlı ev yanıb](https://azvision.az/photos/yangin-hadisesi_1491063128.jpg)
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Cavad kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin bir otağının tavanı 3 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 16:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az