Xırdalanda mənzildən meyit tapılıb

Xırdalanda mənzildən meyit tapılıb
  04 Aprel 2017    Oxunub:1373
Bakıda mənzildən 74 yaşlı kişinin meyiti tapılıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Xırdalan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1943-cü il təvəllüdlü Əliyev Namiq Kamalpaşa oğlunun meyitini aşkar edərək aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 15:48-də başa çatıb.

AzVision.az


Teqlər: FHN   Xırdalan  





Xəbər lenti