Ölkəni şoka salan olaya psixoloqun münasibəti: "Uşaqlara təcavüz edə bilər..."

Ölkəni şoka salan olaya psixoloqun münasibəti: "Uşaqlara təcavüz edə bilər..."
  05 Aprel 2017    Oxunub:3535
“Qardaşı qızını qaçıran şəxsin normal psixologiyaya sahib olduğunu demək çətindir. Bu tip insanlar cəmiyyət üçün təhlükəlidir”.

Bunu AzVision.az-a psixoloq Elnur Rüstəmov ölkəni şoka salan hadisəyə (əminin qardaşı qızını qaçırmasına) münasibət bildirərkən deyib. Psixoloqun sözlərinə görə, qardaşı qızını qaçıran şəxs sabah kiminsə azyaşlı uşağına da təcavüz edə bilər.

“Belə insanlar üçün dəyər yoxdur. Onlar “qırmızı xətti” keçmiş, cızığından çıxmış insanlardır. Qardaşı qızını qaçıran şəxsin psixoloji travma və pozuntusu olub. Əgər bir insan öz eqosunu yenə bilmirsə, özünə sahib dura bilmirsə və bütün bu tabloları keçirsə, o, anormal və xəstə adamdır. Bu tip insanlar cəmiyyət üçün də təhlükəlidir”.

E.Rüstəmov qeyd edib ki, Gəncədə yaşanan anoloji hal xoşagələn hadisə deyil. Bu, bizim milli-mənəvi dəyərlərə böyük zərbədir.

“Zaman-zaman Azərbaycanda əmiqızı ilə əmioğlu, xalaoğlu ilə xalaqızı ailə qurub və onların xeyirduasını ağsaqallar verib. Bu, ikinci mərhələdə olan ailəqurma prosesidir. Yaxın qohumlar arasında ailə qurmaq bir çox fiziksəl və psixoloji problemlərin yaranmasına gətirib çıxarıb. Elm də bunu sübut edir. Azərbaycanda bu cür evliliklər rəsmən qanunla qadağan edilməyib. Dünyanın elə ölkələri var ki, yaxın qohumların nikahına icazə verilmir”.



Psixoloqun sözlərinə görə, əminin qardaşı qızını götürüb qaçması etik və mənəviyyat baxımından da doğru deyil. “Qız ən azından onun övladıdır. Bu proses özü psixoloji travmanın göstəricisidir. Bu hallar daha çox dünyagörüşü aşağı olan səviyyədə olan insanlarda baş verir. Söhbət savaddan yox, həyata baxış tərzindən gedir. Tarixə ekskurksiya etsək, Adəm və Həvvadan bu yana belə proses olub. Sivilzasiya və bəşəriyyət inkişaf etdikcə insanlar bu cür əməllərə yasa qoydular. Lakin elm və texnologiyaların, bəşəriyyatın inkişaf etdiyi dövrdə dünyagörüşü zəif olan insanlar, psixoloji problemləri olan insanlar əxlaq kodeksini pozmağa başladılar. O insanlar üçün “bizi necə mühakimə edərlər, nə deyərlər və danışarlar” fikri yoxdur. Bu, ağrılı prosesdir, bununla bağlı ictimai qınaq, hüquq müstəvidə müəyyən tədbirlər görülməlidir. Bu proses psixoloji cəhətdən araşdırıla bilər”.

Qeyd edək ki, Gəncədə 3 uşaq atası 38 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub. Kişinin həyat yoldaşının verdiyi məlumata görə, onların əvvəldən münasibətləri olub. Həsən Səfərova qoşulub qaçan qız evli olub və iki uşağı var.

Aytən Zəhra
AzVision.az


Teqlər: Gəncə  





Xəbər lenti