63 yaşlı qadının meyiti evdə tapıldı

63 yaşlı qadının meyiti evdə tapıldı
  05 Aprel 2017    Oxunub:1299
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb, 1954-cü il təvəllüdlü Novikova Nina Aleksandrovnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: FHN   meyit  





Xəbər lenti