Evdən 20 min oğurlayan şəxslər tutulub

Evdən 20 min oğurlayan şəxslər tutulub
  06 Aprel 2017    Oxunub:1304
Şəmkirdə külli miqdarda pul oğurlamış şəxslər tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də rayonun Düzqışlaq kəndindəki evlərdən birindən 8000 ABŞ dolları və 7670 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakinləri Xəyal Hüseynov, Tacid Mehdiyev və Gəncə şəhər sakini Asif İsmayılov tutulublar.

AzVision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti