Biləsuvarda 4 yaşlı uşaq yanaraq ölüb

Biləsuvarda 4 yaşlı uşaq yanaraq ölüb
  07 Aprel 2017    Oxunub:1018
Biləsuvar rayonunda 4 yaşlı uşağın ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.

AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Zəhmətabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Yağmur Mahir qızı Abbasovanın yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

AzVision.az


Teqlər: Biləsuvar   FHN   Yanğın  





Xəbər lenti