Gömrükdə əl yükündən tapança çıxdı

Gömrükdə əl yükündən tapança çıxdı
  07 Aprel 2017    Oxunub:1757
Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada xəttinə daxil olan Azərbaycan vətəndaşının əl yükünə "Heimann X-Ray" markalı rentgen qurğusunda gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən AzVision.az -a verilən məlumata görə, yoxlama zamanı əl yükünün içərisindən gömrük nəzarətinə bəyan edilməyən, üzərində "MP 654K Cal. 4.5 mm" yazıları əks olunan 1 ədəd T0192493 pnevmatik tapança aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   tapança  





Xəbər lenti