Gömrükdən 91 min keçirmək istədi
Həmin şəxs saxlanılıb sorğu-sual olunarkən üzərində 500-600 min Rusiya rublu olduğunu bildirib. Lakin şəxsi yoxlama zamanı vətəndaşın gödəkçəsinin cibində gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 182 ədəd - hər biri 5000 Rusiya rublu nominalında əsginaslar olmaqla, cəmi 910 min Rusiya rublu aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
AzVision.az