Samuxda 5 otaqlı ev yanıb
AzVision.az Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Samux rayonu Lək kəndində ümumi sahəsi 147 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 147 kvadratmetr, 2 otağının yanar konstruksiyaları 56 kvadratmetr və otaqların döşəməsi 1 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
AzVision.az