Bu günə gözlənilən hava şəraiti
![Bu günə gözlənilən hava şəraiti Bu günə gözlənilən hava şəraiti](https://azvision.az/photos/15033573_770149259792047_2039333965_n_1491555406_1491627319.jpg)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən xəbərə görə, arabir zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9° isti, gündüz 15-20° isti, Bakıda gecə 6-8° isti, gündüz 17-19° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 2-7° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
AzVision.az