Bakı sakini faciəvi şəkildə ölüb

Bakı sakini faciəvi şəkildə ölüb
  09 Aprel 2017    Oxunub:2228
Bakı sakini lift boşluğuna yıxılaraq ölüb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin lift boşluğuna yıxılması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1989-cu il təvəllüdlü Həsənov Nurlan Şahmərdan oğlunun cəsədini lift boşluğundan çıxararaq aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 18:46-da başa çatıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti