"Xəstəxanaya çatanda artıq ölmüşdü" - Səhiyyə Nazirliyi

"Xəstəxanaya çatanda artıq ölmüşdü" - Səhiyyə Nazirliyi
  10 Aprel 2017    Oxunub:2393
Bakıda bronxial asmadan əziyyət çəkən uşaq ölüb.

2007-cü il təvəllüdlü Əyyubzadə Səccad Mircəfər oğlu Respublika Uşaq Klinik Xəstəxanasında dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AzVision.az-a bildirib ki, Xəstəxanadan verilən məlumata görə, uşaq onlara daxil olarkən artıq dünyasını dəyişmişdi.

“Məsələ ilə əlaqədar prokurorluqda iş açılıb, araşdırma aparılır. Yaxınlarının iddia etdiyi kimi onun ölümündə həkim səhlənkarlığının olub-olmaması araşdırılır”.

Qeyd edək ki, S. Əyyubzadə 313 saylı orta məktəbin 4 sinfində oxuyurmuş.

Aytən Zəhra
AzVision.az


Teqlər: Bakı   SəhiyyəNazirliyi   Ölüm  





Xəbər lenti