Metroda cibgirlik edən şəxs tutulub

Metroda cibgirlik edən şəxs tutulub
  11 Aprel 2017    Oxunub:1387
Bakıda metroda cibgirliklə məşğul olan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 10-da metronun "28 May" stansiyasının platformasında Sumqayıt şəhər sakini olan bir qadının çantasından içərisində 122 manat, sənəd və açarlar olan pul qabını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cümşüd Qocayev tutulub.

AzVision.az


Teqlər: DİN   Metro   Oğurluq  





Xəbər lenti