Bu günə gözlənilən hava şəraiti
ETSN-dən AzVision.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 7-10° isti, gündüz 12-17° isti, Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
AzVision.az