Güclü külək Yardımlını işıqsız qoyub
![Güclü külək Yardımlını işıqsız qoyub Güclü külək Yardımlını işıqsız qoyub](https://azvision.az/photos/1483597827_14685643576000_1491670324_1492195091.jpg)
Nəticədə rayon mərkəzinə və kəndlərə elektrik verilişində fasilələr yaranıb, gün ərzində təmir briqadaları qəzaların aradan qaldırılmasına cəlb edilib.
Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Azər Xamıyev "Report"a rayon ərazisində elektrik enerjisinin verilişində fasilələrin yarandığını, ancaq bununla belə qəzaların qısa müddət ərzində aradan qaldırıldığını bildirib.
Sakinlər isə rayon mərkəzindən aralıda yerləşən kəndlərə hələ də elektrik enerjisinin bərpa olunmadığını deyiblər. (Report.az)
AzVision.az