Nazirin görüş vaxtı dəyişdi

Nazirin görüş vaxtı dəyişdi
  25 Aprel 2017    Oxunub:1565
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Qusar şəhərində vətəndaşlarla görüşünün tarixi dəyişdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazir H. Bağırovun Qusar şəhərində Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz və Xızı rayonlarında yaşayan vətəndaşlarla 28 apreldə nəzərdə tutulmuş görüşü 5 may tarixində baş tutacaq.

Görüş saat 10:00-da Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, ETSN-nin 168 nömrəli “Qaynar xətt”i, 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.

AzVision.az


Teqlər: Hüseyn-Bağırov   Qəbul  





Xəbər lenti