Qarabağda daha bir erməni əsgəri məhv edildi

Qarabağda daha bir erməni əsgəri məhv edildi
  26 Aprel 2017    Oxunub:17108
Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində düşmən ordusunun atəşkəsi pozan əsgəri cavab zərbəsi ilə məhv edilib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, ölən hərbçi 1998-ci il təvəllüdlü Karen Armeni Avedisyandır.

Onun meyiti işğal altında olan Qarabağın şimal istiqamətində yerləşən döyüş postunda aşkar edilib.

Faktı Ermənistanın Müdafiə Nazirliyi təsdiqləyib. Bununla bağlı araşdırma aparıldığı bildirilib.

Qeyd edək ki, ötən gün erməni əsgər, 1997-ci il təvvəllüdlü Narek Hmayak Harutyunyanın meyiti döyüş postunda aşkar edilmişdi.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Azərbaycan   Qarabağ  





Xəbər lenti