Turizmin inkişafı ilə bağlı növbəti sərəncam

Turizmin inkişafı ilə bağlı növbəti sərəncam
  27 Aprel 2017    Oxunub:964
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 1 sentyabr tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sərəncama aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilir:

“3.2-1. bu Sərəncamın 4.10-cu bəndində nəzərdə tutulan Turizm Reyestrinin aparılma qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;”.

AzVision.az


Teqlər: İlham-Əliyev   Sərəncam  





Xəbər lenti