Bir gündə 49 nəfər həbs edilib

Bir gündə 49 nəfər həbs edilib
  27 Aprel 2017    Oxunub:875
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 69 cinayət faktı qeydə alınıb, onların da 30-u “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   Cinayət   Həbs  





Xəbər lenti