Metroda yenə problem yaranıb

Metroda yenə problem yaranıb
  27 Aprel 2017    Oxunub:4374
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb. Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatar platformada 10 dəqiqədən çox hərəkətsiz dayanıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az-a bildirib ki, Dənərgül-Həzi Aslanov istiqamətində hərəkət edən 24 saylı qatarda texniki nasazlıq olub.

“Qatar metronun "28 May" stansiyasında olarkən problem yaranıb. Qatarda nasazlıq olduğundan arxadan gələn qatarların hərəktində gecikmələr olub. Hazırda problem aradan qaldırılıb və qatarların hərəkəti bərpa olunub”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Metro   Qatar  





Xəbər lenti