Azərbaycan Fransa ilə əməkdaşlığı gücləndirir

Azərbaycan Fransa ilə əməkdaşlığı gücləndirir
  27 Aprel 2017    Oxunub:1151
Azərbaycan Müdafiə Nazirliyi və Fransa Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Bakıda kibertəhlükəsizlik üzrə mütəxəssislərin işçi görüşü keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirdə dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəsizlik və digər sahələrdə kibertəhlükəsizliyin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Mütəxəssislər tərəfindən kibertəhlükəsizlik, onlayn təhlükəsizlik, şəbəkələrin etibarlılığı üçün həlledici təminat məsələləri ən mühüm istiqamətlərdən biri kimi qiymətləndirilib. Bu sahədə səmərəli beynəlxalq əməkdaşlıq, lazımi qərarların qəbulu və onların həyata keçirilməsi məqsədilə hər il regional və qlobal səviyyədə dövlət, qeyri-hökumət və beynəlxalq qurumlar tərəfindən müxtəlif tədbirlərin təşkilinin vacibliyi qeyd olunub.

İşçi görüş aprelin 28-dək davam edəcək.

AzVision.az


Teqlər: Azərbaycan   Fransa  





Xəbər lenti