Müdafiə Nazirlikləri arasında işçi görüşü keçirilib

Müdafiə Nazirlikləri arasında işçi görüşü keçirilib
  27 Aprel 2017    Oxunub:1662
Azərbaycan Müdafiə Nazirliyi və Rusiya Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında kimyəvi, bioloji və radioloji müdafiə üzrə mütəxəssislərin işçi görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə hər iki dövlətin hərbi qurumlarının kimyəvi, bioloji və radioloji müdafiə sahəsində əldə etdikləri təcrübə müzakirə olunub, bu sahədə elmi mübadilənin aparılmasının vacibliyi vurğulanıb.

AzVision.az


Teqlər: Rusiya   Azərbaycan  





Xəbər lenti