Siqaret şəxsiyyət vəsiqəsi ilə satılacaq - Yeni qadağa
Tütün məhsullarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və ya yaşını müəyyən etməklə imkan verən sənəd tələb edir.
Sənədlərin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmirsə, satıcı tütün məhsulunu alıcıya satmaqdan imtina etməlidir.
Qanun layihəsində qeyd edilib ki, yetkinlik yaşına çatmayan şəxslər tərəfindən tütün istifadəsinə icazə verilmir.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis Siqaret