Sabah 25 dərəcə isti olacaq

Sabah 25 dərəcə isti olacaq
  27 Aprel 2017    Oxunub:1024
Aprelin 28-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, havanın temperaturu gecə 8-11° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz 20-22° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər: Hava  





Xəbər lenti