"Siyəzən Broyler"də yanğın olub

"Siyəzən Broyler"də yanğın olub
  03 İyul 2017    Oxunub:1409
“Siyəzən Broyler” ərazisində yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Siyəzən rayonu, Beşdam kəndində “Siyəzən Broyler” ərazisində 20 ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdakı sexlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

AzVision.az


Teqlər: Siyəzən   FHN   Yanğın  





Xəbər lenti