Ötən gün 62 cinayət faktı qeydə alınıb

Ötən gün 62 cinayət faktı qeydə alınıb
  04 İyul 2017    Oxunub:1012
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 62 cinayət faktı qeydə alınıb, onların da 8-i “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 18 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 7 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Həbs   Qəza  





Xəbər lenti