Gömrükdə siqaret əməliyyatı

14:53   17 İyul 2017    Oxunub: 406
Gömrükdə siqaret əməliyyatı

Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Rəhimov Cabir Ataş oğluna məxsus 90TT380 nömrə nişanlı, “Niva” markalı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində saxlanılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsinə baxış zamanı yuk yerində üzərində Azərbaycanın aksiz markası olmayan 15.000 ədəd “De Santıs White” və 17.000 ədəd “Cavallo Play” markalı siqaretlər askar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az

Teqlər: DGK   Siqaret  




Rubrikanın digər yazıları