"Diqqət, uşaqlar!" təhlükəsizlik aylığı keçiriləcək

"Diqqət, uşaqlar!" təhlükəsizlik aylığı keçiriləcək
  09 Sentyabr 2017    Oxunub:1779
Yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 10-dan oktyabrın 10-dək respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığı keçiriləcək.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, paytaxt ərazisində nəqliyyat vasitələrinin sayının ilbəil artaması fonunda ümumi yol-nəqliyyat hadisələrinin, eləcə də qəzalarda ölən və yaralananların sayının azalmasına baxmayaraq, cari ilin 7 ayı ərzində respublika ərazisində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində 26 azyaşlının həlak olması, 122 nəfərin isə xəsarət alması ciddi narahatlıq doğurur.

“Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığının keçirilməsinin əsas məqsədi də uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır.

AzVision.az


Teqlər: DYP  





Xəbər lenti