Naxçıvanda Mərkəzi Bankın sədri dəyişdi

Naxçıvanda Mərkəzi Bankın sədri dəyişdi
  12 Sentyabr 2017    Oxunub:2331
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri təyin edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Fərmana əsasən Elvin Axundov Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri təyin edilib.

Qeyd edək ki, E. Axundov bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.

AzVision.az


Teqlər: Naxçıvan   Mərkəzi-Bank  





Xəbər lenti