Ermənilərdən Azərbaycan ordusu ilə bağlı təxribat - FOTO
AzVision.az-ın məlumatına görə, Murad Cəfərovun adından "Facebook" sosial şəbəkəsində guya Azərbaycana məxsus hərbi maşının minaya düşməsi, hərbçilərimizin şəhid olması haqda paylaşım edilib.
Murad Cəfərov sosial şəbəkədəki hesabında açıqlama yayaraq, bu məlumatları birmənalı şəkildə təkzib edib:
"Dostlar, dünən gecə ermənilər ya mənim profilimi oğurlayıb, ya da mənim adımdan guya içərisində Azərbaycan hərbçilərinin olduğu avtomobilin partlaması ilə bağlı dezinformasiya yayıblar.
Bütün məsuliyyəti ilə bəyan edirəm ki, mən belə bir şey yazmamışam və mənim “Facebook” sosial şəbəkəsində ikinci profilim yoxdur.
Əgər siz belə bir şey görsəniz, xahiş edirəm dərhal bu saxta profili şikayət edin".
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Təxribat