Dünyanın ən dəyərli markaları: Texnologiya nəhəngləri zirvədə

   Dünyanın ən dəyərli markaları:    Texnologiya nəhəngləri zirvədə
  22 Yanvar 2025    Oxunub:296
Dünyanın ən dəyərli 500 markası keçən il marka dəyərini 10 faiz artıraraq 2025-ci ildə 9,5 milyard dollara çatıb. Bu artım, qlobal iqtisadi artımın cəmi 3 faiz olduğu bir dövrdə baş verib və əsasən texnologiya nəhənglərinin liderliyi ilə müşahidə olunub. İlk beş brendin üçü texnologiya şirkətləridir.
Beynəlxalq brend qiymətləndirmə təşkilatı olan "Brand Finance" "Dünyanın 500 ən dəyərli brendləri 2025" araşdırmasını açıqlayıb.

Məlumata görə, "Apple" 2025-ci ilə qədər 11 faiz artımla 574,5 milyard dollar marka dəyəri ilə yenidən birinci yerdə qərarlaşıb. Brend "Amazon"nun 1 faiz fərqi ilə birinci yeri əldən verdiyi 2023-cü il istisna olmaqla, 2021-ci ildən bəri hər il birinci yeri tutur.

"Microsoft" isə marka dəyərini 35 faiz artıraraq 461,1 milyard dollara çatıb və ikinci sırada qərarlaşıb. "Google" da 24 faiz artımla 413 milyard dollar dəyər əldə edərək üçüncü yeri tutub. "Amazon" 15 faiz artışla 356,4 milyard dollarla dördüncü, "Walmart" isə dəyərini 42 faiz artıraraq 137,2 milyard dollara çatdırıb və beşinci sırada yer alıb.

İlk onluğa "Samsung", "TikTok/Douyin", "Facebook", "Nvidia" və Çinin "State Grid Corporation" şirkətləri daxil olub. "Nvidia"nın marka dəyəri ötən il 98 faiz artaraq ilk dəfə olaraq siyahının ilk onluğuna daxil olub.

Qeyd edək ki, "TikTok/Douyin", "DraftKings", "Fanduel", "Nvidia" və "AMD", "Pinduoduo", "BYD", "Apple", "TSMC", "Microsoft" və "Lilly" ilə birlikdə 2020-ci ildən bəri ən çox artan marka dəyərinə malik şirkətlər sırasındadır.

Bundan əlavə Çin markalarının beynəlxalq bazarda daha çox pay qazanacağı gözlənilir.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: texnologiya  





Xəbər lenti