Hesablama Palatasının səlahiyyətləri artırılır
Dəyişikliyə əsasən, Hesablama Palatası aşağıdakı funksiyaları həyata keçirəcək:
Dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olunmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə təxirəsalınmadan materialları müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanına və ya Azərbaycan respublikasının Baş Prokurorluğuna göndərir.
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis Hesablama-Palatası