Poroşenko özünü təriflədi: “Mən sülh prezidentiyəm”

Poroşenko özünü təriflədi: “Mən sülh prezidentiyəm”
  15 Sentyabr 2017    Oxunub:1675
Ukrayna prezidenti Pyotr Poroşenko özünü sülh prezidenti adlandırıb.

AzVision.az “İnterfaks”-a istinadən xəbər verir ki, Poroşenko "Yalta Avropa strategiyası" adlı forumunda Ukraynanın sülh istədiyini bəyan edib.
“Biz düşmənin üzərinə hücum etmək ideyasına nifrət edirik. Biz bir daha bu faktı vurğulamaq istəyirik ki, əgər təcavüzkar Minsk razılaşmalarını pozsa və mənim orduma hücum etsə, çox böyük bədəl ödəyəcək. Bu, dəqiqdir. Lakin biz sülhün tərəfdarıyıq və mən sülh prezidentiyəm”, - deyə Poroşenko vurğulayıb.

Poroşenko, eyni zamanda Ukraynanın ABŞ-dan yalnız müdafiə silahı almayacağına ümid etdiyini bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ukrayna   Poroşenko  





Xəbər lenti