Əbülfəs Qarayev bir sıra görüşlər keçirib
İran rəsmisi ilə görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, mədəni irs sahəsində həm ikitərəfli qaydada, həm də UNESCO və digər beynəlxalq təşkilatlar çərçivəsində birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb. Ə. Qarayev İran rəsmisini ölkəmizə səfərə dəvət edib.
Türkiyəli həmkarı ilə görüşdə isə mədəniyyət və turizm sahələrində qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. Nazirlər iki ölkənin dövlət başçılarının siyasəti nəticəsində formalaşan möhkəm dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə əməkdaşlığa töhfə verdiyini təsdiqləyərək bir sıra vacib layihələrin qısa müddətdə həyata keçirilməsini qərara alıblar.
Görüşdə yaxın aylarda Azərbaycan və Türkiyə mədəniyyət və turizm nazirliklərinin nümayəndələrindən ibarət Turizm üzrə işçi qrupunun görüşünün keçirilməsi, UNESCO çərçivəsində xalqlarımızın ortaq mədəniyyətini əks etdirən nümunələrin birgə təqdim edilməsi, xüsusilə TÜRKSOY ilə bu sahədə münasibətlərin dərinləşdirilməsinin vacibliyi qeyd edilib.
AzVision.az