“Bakıda gördüklərim haqda Makrona məlumat verəcəyəm” - FOTOLAR

“Bakıda gördüklərim haqda Makrona məlumat verəcəyəm” - FOTOLAR
  15 Sentyabr 2017    Oxunub:4079
Bu gün Fransız-Azərbaycan Universitetinin (UFAZ) yeni binasının açılış mərasimi keçirilib.

AzVision.az–ın məlumatına görə, mərasimdən sonra çıxış edən təhsil Naziri Mikayıl Cabbarov deyib ki, bu ilin qəbul imtahanlarında UFAZ-a müraciət edənlərin sayında artım olub.
Daha sonra çıxış edən Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Dövlət Katibi Jan-Batist Lemuan bildirib ki, bu tədris ilində yeni binada təhsil alacaq tələbələrdən yeni ümidlər gözləyirlər:

“Bizim bu gün görüşdüyümüz yer bir tərəfdən universitet sahəsində, digər tərəfdən siyasi səylərin göstəricisidir. Biz buranı artıq innovativ mərkəzə çevirdik, biz təhsili bütün sahələrdən üstün tutmalıyıq. Sizin ölkəniz öz təbii sərvətləri ilə zəng ölkədirsə, Fransada belə bir deyim var ki, ən böyük zənginlik insanın özüdür. Fransa üçün Azərbaycan tərəfindən bu layihənin həyata keçirilməsi bizim üçün şərəfdir. Burada kimya sahəsinə xüsusi önəmin verilməsi olduqca əhəmiyyətlidir.

Fransanın hazırda kimya sahəsində dörd yaşayan Nobel mükafatçısı var və ümid edirəm ki, bu universitet ölkələrimiz arasında əlaqələrimizin inkişafına öz töhfəsini verəcək. Mən Fransa şirkətlərinin bu universitetinə marağını da vurğulamaq istəyirəm. Cənab nazir (red-Mikayıl Cabbarov) mən açılış mərasimini simvolizə edən bu qırmızı lentin bir hissəsini özümlə ofisimə aparacam və tez-tez xatırlayacam. Bu il 143 tələbə UFAZ-a qəbul olub, ümumilikdə tələbələrin sayı 300-dən çoxdur. Bu isə qısa zamanda universitetin nüfuzunun necə artmasının bariz nümunəsidir. Mən Bakıdan qayıtdıqdan sonra Fransa prezidenti Emannuel Makrona təhsil sahəsində Bakıda gördüklərim barədə məlumat verəcəm”.

Bundan sonra Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Strasburq Universiteti və Fransanın Kimya Tədqiqatlar Fondu ilə birgə UFAZ Fondunun yaradılması barədə müqavilə imzalanıb. Bu Fond Fransa, Azərbaycan və beynəlxalq şirkətlərə UFAZ-ın gələcək inkişafı və onun tədqiqat fəaliyyətinə dəstək vermək imkanı yaradacaq.

Qeyd edək ki, UFAZ 2017/2018 tədris ili ərzində Kimya, Geofizika, Kompüter və Neft-qaz mühəndisliyi ixtisasları üzrə bakalavr proqramında 283 tələbəyə (onlardan 240 nəfər dövlət təqaüdü alacaq) təhsil vermək niyyətindədir.













Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Fransa   Azərbaycan  





Xəbər lenti