Londondakı terrorda azərbaycanlı xəsarət almayıb - XİN

Londondakı terrorda azərbaycanlı xəsarət almayıb - XİN
  15 Sentyabr 2017    Oxunub:1504
"Böyük-Britaniyanın paytaxtı Londonda metroda baş vermiş terror hadisəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən araşdırılır və bu xüsusda səfirlik Böyük Britaniyanın müvafiq orqanları ilə təmasdadır".
AzVision.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, ilkin məlumatlara əsasən xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması faktı qeydə alınmayıb: "Səfirlik bu ölkənin müvafiq strukturları ilə təmasları davam etdirir".

H.Hacıyev bildirib ki, əlavə məlumat olduğu zaman bu barədə ictimaiyyətə məlumat veriləcək.

AzVision.az


Teqlər: London   terror  





Xəbər lenti