Dövlət qurumlarına “NAZ-Lifan” maşınları verildi

Dövlət qurumlarına “NAZ-Lifan” maşınları verildi
  15 Sentyabr 2017    Oxunub:7793
Naxçıvanda 5 dövlət qurumuna 6 ədəd “NAZ-Lifan” markalı avtomobil verilib.
AzVision.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə 2, Dövlət Arxiv İdarəsinə 1, Kəngərli Rayon Məhkəməsinə 1, İqtisadiyyat Nazirliyinə 1 və Ordubad Rayon Baytarlıq İdarəsinə 1 ədəd “NAZLifan” markalı xidməti avtomobil təqdim olunub.

Qeyd olunub ki, Naxçıvan Avtomobil Zavodunun təqdim olunan “NAZ-Lifan-620” və “NAZLifan X-60” modelləri yüksək keyfiyyəti və rahatlığı ilə seçilir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Naz-Lifan  





Xəbər lenti