Azərbaycanlı iş adamının oğlu oğurlanıb
İş adamından oğlunun azad olunması üçün külli miqdarda pul tələb olunur.
E. Bağırov Donetsk və Xarkovda bir neçə restoranın sahibidir.
Xatırladaq ki, son bir ildə Ukraynada 20-dən çox azərbaycanlı iş adamı, yaxud da övladları oğurlanıb. Onların əksəriyyəti ailələrinin ödədiyi pul müqabilində azad olunub. Azərbaycanlılar bununla bağlı Ukrayna hüquq mühafizə orqanlarına müraciət etsələr də, oğurluqları həyata keçirənlərdən indiyə qədər heç kim aşkarlanmayıb.(Report)
AzVision.az
Teqlər: Ukrayna