DYP əməkdaşlarının gəlirləri artırıldı

DYP əməkdaşlarının gəlirləri artırıldı
  01 Oktyabr 2017    Oxunub:4314
Avtomobil yollarında sürücülərə qarşı tətbiq edilən cərimələrdən əldə olunan vəsaitin 25 faizi Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavə olunacaq.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” qərarına edilən dəyişiklikdə qeyd olunub.

Dəyişikliyə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə Daxili İşlər Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən Daxili İşlər Nazirliyinin “Yol hərəkəti haqqında” qanuna əsasən müəyyən edilən hesabına köçürülən vəsaitin 25 faizi Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunacaq.

AzVision.az


Teqlər: DYP  





Xəbər lenti