Bu il rekord sayda abituriyent tələbə olub - Nazir

Bu il rekord sayda abituriyent tələbə olub - Nazir
  06 Oktyabr 2017    Oxunub:1564
“Azərbaycanda ildən-ilə ali məktəblərə daha hazırlıqlı tələbələr daxil olur”.AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bu il rekord sayda, yəni 37 500-ə yaxın abituriyent tələbə adını qazanıb
“Bu da orta qəbul balının artması ilə bərabər baş verir. Başqa sözlə, tələbə sayının artımı ali məktəblərə qəbul meyarlarının aşağı salınması ilə deyil, keyfiyyət meyarının qorunub saxlanması ilə baş verir. Bu da öz növbəsində o deməkdir ki, ildən-ilə ali məktəblərə daha hazırlıqlı tələbələr daxil olur”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Mikayıl-Cabbarov  





Xəbər lenti