Prezidentin köməkçisi “Qarabağ”ın oyunu haqda: “Penaltiyə göz yumuldu”

Prezidentin köməkçisi “Qarabağ”ın oyunu haqda: “Penaltiyə göz yumuldu”
  19 Oktyabr 2017    Oxunub:7020
Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov ötən gün Ağdamın “Qarabağ” klubu ilə İspaniyanın “Atletiko Madrid” komandası arasında keçirilən görüşlə bağlı fikirlərini bölüşüb.
AzVision.az xəbər verir ki, prezidentin köməkçisi sosial şəbəkədəki hesabında “Qarabağ” klubunun sıxışdırıldığını bildirib.

"Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını - "Qarabağ" klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandaya penalti və digər pozuntulara göz yumuldu. Siyasətdə baş verənlər idmanda da təkrar olunur” – N.Məmmədov deyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Novruz-Məmmədov   QarabağFK  





Xəbər lenti