Ötən gün 59 cinayət faktı qeydə alınıb

Ötən gün 59 cinayət faktı qeydə alınıb
  27 Noyabr 2017    Oxunub:1232
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 59 cinayət faktı qeydə alınıb, onların da 9-u “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.

AzVision.az



Teqlər: DİN   Cinayət   Həbs  





Xəbər lenti