Binəqədidə “4 yol” bağlanır

Binəqədidə “4 yol” bağlanır
  30 Noyabr 2017    Oxunub:1319
Yeni asfalt-beton örtüyünün döşənməsi işləri ilə əlaqədar olaraq noyabrın 30-dan dekabrın 1-ə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi qəsəsəbəsindən “4 yol” deyilən əraziyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Bu barədə AzVision.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib. Sözügedən ərazi üzrə hərəkətin məhdudlaşdırılması qısa müddətə, yəni dekabrın 1-dən 3-dək baş tutacaq. Bu müddət ərzində asfalt örtük döşənən ərazilər boyu hərəkət hissə-hissə bərpa olunacaq.

Sürücülərdən aparılan işlərə analayışla yanaşmaları və bu müddət ərzində alternativ yollardan istifadə etmələri xahiş olunur.

AzVision.az


Teqlər: yol   təmir  





Xəbər lenti